- Baxış sayı: 42
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci Liqasında 21-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası – “Boluspor” da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Adana Dəmirspor”un qonağı olub. Qarşılaşma Bolu təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Vaqif matçın 78-ci dəqiqəsindən etibarən oyuna qoşulub.
Qeyd edək ki, “Boluspor” hazırda 27 xalla 9-cu pillədə qərarlaşıb.