Vaqif Cavadov “Boluspor”da debüt etdi, sabiq klubuna qarşı oynadı

Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası – “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda öz meydanında Vaqifin sabiq klubu – “Qaziantep BB”-ni qəbul edib. Hansı ki, bu komandada yığmamızın digər üzvü Ufuk Budak çıxış edir. Qarşılaşma Bolu təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Budak 90 dəqiqə meydanda olub. Cavadov isə matçın 87-ci dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, “Boluspor” hazırda 23 xalla 10-cu, “Qaziantep BB” isə 20 xalla 12-cidir.

Həmin kateqoriyadan