- Baxış sayı: 42
- 23 Aprel 2024 10:26
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turunda azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası – “Boluspor”la millimizin sabiq forvardı Branimir Subaşiçli “Manisaspor” üz-üzə gəlib.
“Boluspor” səfər oyununda 2:1 hesabıyla qalib gəlib. Subaşiçin adı matçın iştirak ərizəsində yer almayıb. Vaqif isə yalnız 90-cı dəqiqədə meydana buraxılıb. Elə komandası da qələbə qolunu məhz Cavadov meydana çıxdıqdan sonra, özü də futbolçumuzun cinah ötürməsindən sonra vurub.
Qeyd edək ki, “Boluspor” 26 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb, “Manisaspor” isə 17 xalla 17-cidir.