Vaqif Cavadov oynamadı, komandası xal itirdi

Türkiyə PTT 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası – “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Girəsunspor”la qarşılaşıb. Matç qolsuz heç-heçə ilə başa çatıb. Cavadov matçın sonunadək ehtiyat oyunçular skamyasında əyləşib.

Qeyd edək ki, “Boluspor” hazırda 32 xalla 10-cu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan