Vaqif Cavadov Türkiyə klubundan uzaqlaşdırıldı

Türkiyənin “Qaziantep BB” klubu Azərbaycan millisinin hücumçusu Vaqif Cavadovla yollarını ayırıb. Allsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Antep təmsilçisi Vaqiflə 2016-cı ilin iyun ayına qədər qüvvədə olan müqaviləni ləğv edib. Millimizin üzvü ilə yanaşı, bu komandada çıxış edən Məhəmmət Dəmirçi, Özgür Öçal, Əhməd Devret, Gökay İravul, Yosef Çinar və Fərdi Coşqun da heyətdən uzaqlaşdırılıb.

Qeyd edək ki, “Qaziantep BB”-də çıxış edən digər futbolçumuz – Rəhman Hacıyev də bir müddət öncə bu klubla yollarını ayırmalı olmuşdu.

Həmin kateqoriyadan