Vaqif Cavadovu hansı Türkiyə klubu istəyir?

Türkiyənin “Qaziantep BB” klubu ilə yollarını ayıran Azərbaycan millisinin hücumçusu Vaqif Cavadov digər PTT 1-ci Liqa təmsilçisinin maraq dairəsinə düşüb. Allsport.az xəbər verir ki, digər həmyerlimiz Ayaz Mehdiyevin şərəfini qoruduğu “Girəsunspor” 25 yaşlı forvardı heyətinə qatmaq istəyir.

Türkiyə mətbuatının yazdığına görə, “ağ-yaşıllar”ın prezidenti Mustafa Bozbağ Vaqifi komandasında görməyi çox istəsə də, bu keçid baş tutmayıb. Buna səbəb isə futbolçumuzun Girəsun təmsilçisindən yüksək məbləğ tələb etməsi olub.

Qeyd edək ki, Cavadov cari mövsümün əvvəlindən Qaziantep klubunda çıxış edirdi. “Girəsunspor” da Ayaz Mehdiyevdən imtina etməyə hazırlaşır.

Həmin kateqoriyadan