Vaqif Sadıqovla Böyükağa Hacıyev özlərini “Qəbələ”yə sırımaq istəyir

Dorinel Muntyanunun istefası bəzi yerli  işsiz məşqçilərin “Qəbələ”yə yolunu açıb. Allsport.az saytı xəbər verir ki, boşalan yerə gözünü dikənlər arasında Vaqif Sadıqovla Böyükağa Hacıyevin adları var. Bu mütəssislərin bütün imkanları ilə rumıniyalıdan sonra “qırmızı-qaralar”ı başına keçməyə çalışdığı deyilir.

Sportinfo.az-ın məlumatına görə, Məşqçilər Komitəsində təmsil olunan həmin şəxslər Tale Heydərova çıxış tapmaq uğrunda dəridən-qabıqdan çıxırlar. Ötən mövsümün sonuna yaxın AzAL-dan uzaqlaşdırılmış Sadıqov və 3 ay əvvəl “Neftçi”dən istefa vermiş Hacıyev AFFA rəhbərliyinin vasitəsilə “Qəbələ”nin prezidentini ələ almağa çalışırlar.

Hələ 2009-cu ildə bəzi işbazların, hakim və jurnalistləri ortalığa ataraq Ramiz Məmmədovu ləkələməyə cəhd göstərən, bununla da məqsədi onu yıxıb yerinə keçmək olan “Zəif” məqsədinə çatmamışdı. İndi isə ümidi çoxdur. Çünki PFL prezidenti Ramin Musayevə klub rəsmiləri ilə yaxın münasibətlərindən onun xeyrinə istifadə edəcəyinə söz verib. Sadıqova gəlincə, o, Məşqçilər Komitəsinə sədr qoyulmasına kömək olan AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədova güvənir.

Həmin kateqoriyadan