VAR və AVAR artıq bizimkilərə də var

Aprelin 19-dan 26-dək Antalyada UEFA tərəfindən “Video köməkçi hakim” sertifikat turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirin sonunda sertifikat alan hakim və hakim köməkçilərinin VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala bilməsi üçün UEFA tərəfindən İFAB-a müraciət edilib və müsbət cavab alınıb.

Bununla bağlı UEFA-dan AFFA-nın hakimlər komitəsinə məlumat daxil olub. Məlumatda bildirilir ki, FİFA referisi Əliyar Ağayev, FİFA referi köməkçiləri Akif Əmirəli və Zeynal Zeynalov VAR və AVAR texnologiyası tətbiq olunan beynəlxalq oyunlara təyinat ala biləcəklər.

Həmin kateqoriyadan