“Vardar” – “Real Sosyedad” matçının baş referisi Əliyar Ağayev olacaq

Avropa liqasının “L” qrupunda “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək. Allsport.az saytı xəbər verir ki, oktyabrın 19-da keçiriləcək görüşün baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.

Ona həmyerliləri Zeynal Zeynalov və Rza Məmmədov yan xətlərdə kömək edəcəklər. Qapıların yanında Rəhim Həsənov və Orxan Məmmədov dayanacaqlar. 6-cı referi  funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Həmin kateqoriyadan