- Baxış sayı: 116
- 01 Dekabr 2023 16:54
- Baxış sayı: 45
- Aprel 18, 2024
- 0
AVİF-in 2016-cı il üçün təqvim planına uyğun olaraq, Veloparkda açıq Bakı kriteriumun 2-ci mərhələsi keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
Qızların mübarizəsində 8 saylı Olimpiya Ehtiyatları Məktəbinin (8 saylı OEQİUGM) təmsilçisi Validə Cabbarova hamıdan güclü olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə gənc oğlanların mübarizəsində bütün rəqiblərini qabaqlayıb.
U-15, U-17 və U-23/Elit kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin (OEQİUGVM) üzvləri Nikita Sıtov, İvan Orlov və Orxan Məmmədov qalxıblar. Açıq Bakı kriteriumun sonuncu, 3-cü mərhələsi aprelin 23-də keçiriləcək.