FOTO
“Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim Biləsuvarda başa çatıb

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə “Gənc velosipedçilər” ictimai birliyi, velosiped idmanı federasiyasının və respublika olimpiya velosiped məktəbinin təşkilatçılığı ilə “Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi” mövzusunda təlim-seminar və veloyürüşlər başa çatıb.
 
Allsport.az saytı xəbər verir ki, Biləsuvar rayonunda təşkil olunan sonuncu layihə çərçivəsində qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanınıngender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların maarifləndirilməsi baxımından əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib.
 
Tədbirdə gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Sonra seminar və təlimlərdə iştirak etmiş qızların iştirakı ilə Biləsuvar rayonunda veloyürüş keçirilib. Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir, Qusar və Lənkəranda da anoloji tədbirlər təşkil olunub.

Həmin kateqoriyadan