Veteran cüdoçularımız cavanlardan geri qalmayıblar

Xorvatiya paytaxtı Zaqrebdə veteran cüdoçuların Avropa çempionatı keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan təmsilçiləri uğurla çıxış edirlər.

Qadınlarda Zülfiyyə Hüseynova (F-4 63 kq) bütün rəqiblərinə qalib gəlib. Kişilərdə Məmməd Məmmədov (M-1 73 kq), Vüqar Budaqov (M-2 73 kq) və Zaur Bağırov (M-3 +100 kq) qitə çempionu adını qazanıblar.

Babək Hacıyev (M-3 60 kq), Mübariz Cəfərov (M-4 81 kq), Fərhad Rəcəbli (M-6 90 kq) və Məhəmməd Müslimzadə (M-8 +100 kq) gümüş medalla kifayətləniblər. Daha iki veteran cüdoçumuz İntiqam Ələkbərov (M-1 100 kq) və Zaur Paşayev (M-2 100 kq) 3-cü yeri tutublar.

Həmin kateqoriyadan