Vinni Pert: “Qarabağ” axmaq səhvlərə yol vermir

“Dandalk”ın baş məşqçisi çempionlar liqasının 2-ci ələməsində “Qarabağ”la ilk oyun haqda fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki,
Vinni Pert rəqibin güclü olduğunu deyib:

““Qarabağ” son avrokubok təsnifatlarında qarşılaşacağımız ən güclü komandadır. Onların futbolçuları çox sürətli və texnikalıdır. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Bu baxımdan çox güclü komandadır. “Qarabağ” “Riqa” deyil. Oyuna yüksək konsentrasiya ilə çıxırlar və axmaq səhvlərə yol vermirlər. Məncə, əsas amil də budur.

“Qarabağ” həqiqətən mürəkkəb rəqibdir. Ancaq Azərbaycanda mövsüm hələ başlamayıb, komanda yalnız avrokuboklarda rəsmi oyunlar keçirib. Bizdə isə çempionat davam edir. Futbolçularımız lazım olan məqamlarda sürəti qaldıra bilirlər. Biz bunu yenidən etməliyik”.

Sözü gedən matç sabah saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan