Vlastimil Petrjela: “Neftçi”də işləyəndə, ərəb dilini də öyrənməli oldum”

““Banik”dən ayrıldıqdan sonra fəaliyyətimi yenidən ölkə xaricində davam etdirəcəyi düşünürdüm. Amma “Zlin” variantı çıxdı və imtina edə bilmədim”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Neftçi”nin keçmiş baş məşqçisi Vlastimil Petrjela deyib. Çex Respublikasının “Zlin” klubunun yeni baş məşqçisi təyin olunan 65 yaşlı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində, Azərbaycanda işini də yada salıb:

“Həmişə ani qərarlar qəbul etmişəm. Karyeram ərzində daim belə olub. Çalışdırdığım komandalar nəticə futbolu sərgiləyiblər. Bu dəfə də baxımlı oyun tələb etməyəcəm. Əcnəbi oyunçularla dil tapmaq mənə çətin deyil. Məşqçilik fəaliyyətində ölkə xaricində də çalışmışam.

Çexlərlə çex dilində, qalanları ilə başqa dildə danışacağfm. Rusiyada işləyəndə mənə dərhal dedilər ki, biz yalnız rus dilində ünsiyyət quracağıq. Azərbaycanda isə ərəb dilini də öyrənməli oldum. Bunu anlaşma baxımından problemlə üzləşməmək üçün etmişdim”.

Apasport.az-in məlumatına görə, Vlastimil Petrjela daha çox “Zenit”dəki fəaliyyəti (2002-2006) ilə yadda qalıb.

Həmin kateqoriyadan