Voleybol komandalarımızdan qələbə

Mayın 11-də Bakı-2017-də voleybol yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, “Büllur saray”da kişilərin yarışında 10 komanda 2 qrupda, qadınlar 4 kollektiv dairəvi sistem üzrə qələbə uğrunda mübarizə aparırlar.

Xanımlarda millimiz Qırğızıstan yığması məyus edib – 3:0 (25:7, 25:3 və 25:8). Türkiyə millisi isə Tacikistan voleybolçularını üstələyib – 3:0 (25:8, 25:6 və 25:7).

Kişilərdə “A” qrupunda ilk görüş Türkiyə və Türkmənistan komandaları arasında oynanılıb. Bu dəfə də matç qardaş ölkənin komandasının  xeyrinə başa çatıb – 3:0 (25:16, 25:14 və 25:22).

Günün sonuncu oyununda Azərbaycan millisi Pakistan yığması ilə üz-üzə gəlib. Gərgin rəqabətdə ev sahibələri sevimiblər – 3:0 (25:22, 25:18 və 25:21) hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan