Voleybol məşqçi kursunu bitirənlərə diplom təqdim olunub

Dərnəgül arenasında voleybol üzrə məşqçilərim texniki təlim kursunun başlanışı olun mərasimi keçirildi. Allsport.az saytı xəbər verir ki, proqram 16-20 sentyabrı əhatə edərək Beynəlxalq Olimpiya Komitəsinin olimpiya həmrəyliyi fondunun, Beynəlxalq Voleybol Federasiyasının dəstəyi, milli olimpiya komitəsinin və voleybol federasiyasının təşkilatçılığı ilə həyata keçirilibr.

Nəzəri və praktiki hissədən ibarət olan təlim kursunu uğurla başa vurmuş məşqçiləri təltif etmək üçün Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, Milli Olimpiya Komitəsinin İdman idarəsinin rəisi Həsənağa Rzayev, AzərReyl Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu dəvət olunub.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidir. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi tərəfindən keçiriləcəkdir və uğurla bitirmiş məşqçilər sertifikatllarla təltif olunacaqlar. Layihədə Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycan iştirak edən ümumilikdə 30 məşqçi “Level 2” təlim kurslarına yiyələnmək üçün iştirak etmişdir və hər bir iştirakçı uğurla proqramı bitirmişdir.

Həmin kateqoriyadan