Voleybol millimiz qitə çempionatının hazırlığına gələn həftə Sloveniyada başlayacaq

Qadın voleybolçularımız Braziliyanın Uberlandiya şəhərində olimpiya təsnifat turnirində iştirakdan sonra istirahətə yollanıb. Allsport.az saytı xəbər verir ki, 9-cu dəfə Avropa çempionatında iştirak edəcək millimiz hazırlığa avqustun 14-də başlayacaq.

10 günlük fasilədən sonra qızlarımız Avropa çempionatına hazırlıqlara Sloveniyada start verəcək. Toplanışda yerli və digər komandalarla bir neçə yoldaşlıq görüşü oynanılacaq. Komandamız Avropa çempionatına isə avqust ayının 21-də Macarıstana (Budapeşt) yollanacaq. 

“C” qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır. Bakıda keçirilmiş son qitə çempionatında millimiz 4-cü yer tutub. Bu dəfə 24 komanda çempionluq uğrunda mübarizə aparacaq. 

Həmin kateqoriyadan