- Baxış sayı: 74
- 17 Mart 2024 15:16
- Baxış sayı: 77
- Mart 17, 2024
- 0
Milli Gimnastika Arenasında qadın voleybolçuların Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, “A” qrupunda yer alan yığmamız 3-cü, sonuncu matçda almaniyalı həmkarları ilə üz-üzə gəldi.
Bu görüşdə Faiq Qarayevin komandasına 1 xal da yetirdi. Çünki ilk 2 qarşılaşmada qızlarımız iki 3 xallıq qələbə qazanmışdı. Buna rəğmən, yığmamız adlı-sanlı rəqibə aman vermədi, yenə qalib gəldi – 3:1 (19:25, 25:19, 25:18, 25:18).
Bu qələbədən sonra millimiz xalını 9-a yüksəltdi, 1/4 finala çıxdı.