Voleybolçularımız Gürcüstanda ümummilli liderin xatirəsini anıblar

Gürcüstanda təlim-məşq toplantısı keçən Azərbaycanın qadın və kişi voleybol yığmalarımız ümummilli liderin xatirəsini anıblar. Allsport.az saytı xəbər verir ki, komandalarımız Tiflisdə yerləşən Heydər Əliyev adına parkda onun heykəlini ziyarət ediblər, önünə əklil və gül dəstələri qoyublar.

Ziyarətdə millimizin üzvləri ilə yanaşı, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, eləcə də səfirlik əməkdaşları, Azərbaycan voleybol federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, komandalarımızının məşqçilər heyəti və digər nümayəndələri iştirak ediblər.

Həmin kateqoriyadan