Voleybolçularımız qitə çempionatına qələbə ilə başladı

Bu gün qadın voleybolu üzrə qitə çempionatında millimiz ilk matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi yarışda yığmamız “C” qrupunda yer alıb. Burada görüşlər Budapeştdə keçirilir.

1-ci matçda komandamız xorvatiyalı həmkarları ilə qarşılaşıb və gərgin mücadilədə bizimkilər 3:2 qalib gəlib (25:13, 20:25, 22:25, 26:24, 17:15). Voleybolçularımızın növbəti oyunu avqustun 25-də Niderland millisi ilədir.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıblar.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi 4-cü olub. Elə 2 il öncə Azərbaycanın və Gürcüstanın birgə ev sahibli etdiyi eyni yarışda da nəticə eyni olmuşdu.

Həmin kateqoriyadan