Voleybolçularımız Sloveniya toplanışında yerli komandaya qalib gəlib

Qadın voleybolçularımız Avropa çempionatına Sloveniyada hazırlaşır. Allsport.az saytı xəbər verir ki, toplanış çərçivəsində millimiz yerlilərlə yoldaşlıq oyunu keçirib. Görüş 5:0 xeyrimizə birib. Sabah yığmamız bir daha sloveniyalılarla gücünü sınayacaq.

Komanda Avropa çempionatının keçiriləcəyi Macarıstana avqustun 21-də yollanacaq. “C” qrupunda mübarizə aparacaq millinin rəqibləri ev sahibələri, Xorvatiya, Niderland, Rumıniya və Estoniyadır.

Xatırladaq ki, Bakıda, son Avropa çempionatında voleybolçularımız 4-cü yer tutub.

Həmin kateqoriyadan