Voleybolçularımız Türkiyəyə məğlub olsa da, üçüncü olmaq şansına malikdir

Bu gün Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Avropa Oyunlarının yarımfinal görüşünə çıxıb. Allsport.az xəbər verir ki, millimiz Türkiyə ilə qarşılaşıb.

Gərgin və dramatik məcrada keçən görüşdə qələbə qardaş ölkə yığmasına qismət olub. Finala çıxa bilməyən komandamız bürünc medal uğrunda mübarizə aparacaq. Yığmamız 3-cü olmaq üçün Serbiya ilə qarşılaşacaq.

Finalda isə Polşa ilə Türkiyə milliləri görüşəcəklər.

Azərbaycan – Türkiyə – 2:3 (21:25, 25:23, 19:25, 25:23, 11:15)

Həmin kateqoriyadan