Voleybolçularımız yoxlama oyununda yerli Braziliya klubuna qalib gəlib

Qadın voleybol millimiz Tokio oyunlarına lisenziya xarakterli sınağa yarışın keçiriləcəyi məkanda, Braziliyada hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, iyulun 24-dən bu ölkəyə yollanan komandamız toplanışı çərçivəsində yerli “Esporte Pinheiros” klubu ilə qarşılaşıb.

Matç gərgin mübarizə şəraitində keçib və 3:2 qələbəmizlə bitib. Olimpiya oyunlarına seçmə görüşlər 1-3 avqustda keçiriləcək. Millimiz meydan sahibi Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla eyni qrupdayıq.

Həmin kateqoriyadan