Voleybolçumuzun “Beşikdaş”da debütü uğurlu olub

Azərbaycan millisinin voleybolçusu Kseniya Qoçigidin (Poznyak) Türkiyə 1-ci liqasında çıxış etdiyi “Beşikdaş” klubu növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” 12-ci turda İstanbulda “İdman Ocağı”nı qəbul edib.

Bu matçda həmyerlimiz debüt edib. O, 11 xal toplayıb. Görüşə gəldikdə, “qartallar” rəqibini üstələyib – 3:2 (14:25, 25:16, 25:18, 29:31, 15:13).

Bu qələbədən sonra “Beşikdaş” xalını 19-a yüksəldib və yarış cədvəlində 7-ci pillədə qalıb. “Ağ-qaralar” növbəti oyununu yanvarın 28-də “Fənərbağça”ya qarşı keçirəcək.

Həmin kateqoriyadan