Voyislav Stankoviç: “Bizim üçün ən əsası, Avropa liqasına tam hazır olmaqdır”

“Qəbələ”nin serbiyalı futbolçusu Voyislav Stankoviç hazırlıq barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi Sloveniya toplanışının ilk 10 gününü belə dəyərləndirib:

“Sloveniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsindəki hazırlıq prosesi yaxşı səviyyədə keçir. Komandanın düşərgəsində yüksək əhval-ruhiyyə var, futbolçular əzmlə çalışır. Burda olduğumuz 10 gündə artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Bizi daha iki yoxlama oyunu da gözləyir. Düşünürəm ki, bizim üçün ən əsası, Avropa liqasına tam hazır olmaqdır”.

O, komandanın avrokubokda rəqibi haqda da fikrini bölüşüb: “Proqres”in oyununu görmüşəm. Deyə bilərəm ki, bizi ilk raundda yaxşı rəqib gözləyir. Lüksemburq təmsilçisi yay fasiləsində heyətinə 5-6 futbolçu dəvət edib. “Qəbələ” və “Proqres” arasında maraqlı oyunlar olacağını düşünürəm. Hesab edirəm ki, toplanışın sonunadək maksimum hazırlıq keçdikdən sonra mərhələ adlamağa yaxşı şanslarımız olacaq”.

 

Həmin kateqoriyadan