Vüqar Əsgərov Latviya 1-ci liqasında rəqib qapısından 4 top keçirib

Latviya 1-ci liqasında 29-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası doğma meydanda “Rezeknes”lə qarşılaşıb. “Olayne/Super Nova” bu matçdan qələbə ilə ayrılıb – 5:0. Adı 2-ci çəkilən futbolçumuz görüşə start heyətdə çıxıb və 90 dəqiqə oynayıb. Orxan isə 71-ci dəqiqədə mübarizəyə qoşulub.

Komandasının bombardiri olan Vüqar bu qələbədə də böyük pay sahibi olub. O, 35, 55, 64 və 85-ci dəqiqələrdə vurduğu qollarla poker edib. Beləcə, Əsgərov cari mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb. Həsənəliyev isə indiyə qədər 10 qol vurub. 59 xal toplayan “Olayne” 15 klub arasında 2-ci yerdədir.

Həmin kateqoriyadan