Vüqar Əsgərov Latviyada daha iki qol vurdu

Latviya 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” klubu da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Salaspils”lə qarşılaşıb. Matç 3:3 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Vüqar bu görüşdə də 90 dəqiqə meydanda olub və kapitan sarğısı ilə çıxış edib. O, hesab 1:3 olarkən 73-cü dəqiqədə penaltidən qol vuraraq, öncə fərqi azaldıb. 83-cü dəqiqədə isə futbolçumuz matçda son nöqtəni qoyan qola imza atıb – 3:3.

Beləcə, Əsgərov yayda keçdiyi “1625 Liepaya” klubunda vurduğu qolların sayını 17-yə çatdırıb. Onun komandası isə 52 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan