Vüqar Əsgərovdan növbəti het-trik, Orxan Həsənəliyevdən dubl

Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun çıxış etdikləri “Olayne/Super Nova” doğma meydanda “Oqre” ilə qarşılaşıb.

Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 6:0. Görüşdə 6 qoldan 5-nin müəllifi start heyətdə meydana çıxan həmvətənlərimiz olub.

Belə ki, Vüqar 13, 47 və 51-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla, son iki oyunda olduğu kimi, növbəti dəfə het-trikə imza atıb. Orxan isə 72 və 75-ci dəqiqələrdə fərqlənməklə, dubla imza atıb. 10 xal toplayan “Olayne” 15 klub arasında 7-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan