Vüqar Bayramovun komandası Misir Superliqasında itkisiz irəliləyir

Milli komandamızın voleybolçusu Vüqar Bayramovun Misir Superliqasında şərəfini qoruduğu «Smoha» klubu dünən növbəti matçını keçirib.

Allsport.az saytı xəbər verir ki, İsgəndəriyyə təmsilçisi 12-ci turda səfərdə «İsmaliyə» komandasını 3:0 məğlub edib.

Hazırda «Smoha» maksimum nəticə ilə yarış cədvəlində liderdir. Millinin voleybolçusu saytımıza verdiyi açıqlamada deyib ki, rəqib zəif olduğundan, onlar asan qələbə qazanıblar.

Həmin kateqoriyadan