Vüqar Həşimov Şahmat Akademiyasında beynəlxalq festivalında “üçhakimiyyətlilik”dir

Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun adını daşıyan Şahmat Akademiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə şahmat festivalında 5-ci turun oyunları başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarış 4 istiqamətdə keçirilir.

Open turnirdə üç ölkəni – Azərbaycan, İran və Fransanı təmsil edən 89 şahmatçı iştirak edir. 5 turdan sonra hərəsinin aktivində 4,5 xal olan 3 iştirakçı (FİDE ustası Fərid Zeynalov, ustalığa namizəd Aydın Süleymanlı və Zaur Bayramovun) liderlik edir. On şahmatçının hərəsi 4 xal, yeddi şahmatçının hərəsi 3,5 xal toplayıb.

10 yaşa qədər uşaqlardan ibarət qrupun turnirində Azərbaycandan olan 34 iştirakçı qarşılaşır. Bu turnirdə 5 turdan sonra Ziya Məmmədov və Nərmin Abdinova hərəyə 4,5 xal, Ramil Əhmədov 4 xal toplayıb. Bu qrupda 5 şahmatçının hərəsinin hesabında 3,5 xal var.

Open-turnir dekabrın 23-də, uşaqların turniri isə dekabrın 22-də başa çatacaq. Turnirin baş hakimi FİDE arbitri Cavanşir Bağırovdur.

Həmin kateqoriyadan