“Vüqar Həşimov” klubu təsis edilib

“Vüqar Həşimov” klubu təsis edilib. Allsport.az saytı xəbər verir ki, məşhur şahmatçısının adını daşıyan fondu tərəfindən təsis olunan komandanın heyətinin formalaşdırılmasına başlanıb.

İlkin danışıqlardan sonra, Azərbaycan millisinin üzvləri Rauf Məmmədov və Qədir Hüseynov komanda yoldaşlarının adını daşıyan klubda çıxış etməyə razılıq veriblər. Şahmatçılar Vüqar Həşimov klubunda mübarizə aparmağı özlərinə borc bildiklərini deyiblər.

“Vüqar Həşimov” klubu Monteneqroda keçiriləcək Avropa çempionlar kubokunda çıxış edəcək. Tam heyət yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Həmin kateqoriyadan