Vüqar Həşimovsuz 3 il

Bü gün Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun vəfatından üç il ötür. Allsport.az saytı xəbər verir ki, bununla əlaqədar beynəlxalq qrossmeysterin xatirəsinə həsr olunan, “ASAN” könüllüləri arasında keçirilən turnirin iştirakçıları, mərhumuz yaxınları, şahmatçılar və ölkə ictimaiyyətinin nümayəndələri yanvarın 11-də ikinci Fəxri xiyabana gələrək mərhumun məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları Vüqar Həşimovun məzarı önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, o, 3-qat Azərbaycan çempionu (1995, 1996, 1998), milli komanda ilə 2009-cu ildə Avropa çenpionluğunu qazanıb. 3 ildir ki, Vüqar Həşimovun xatirəsinə Şəmkirdə superturnir keçirilir, onun adına Bakıda Şahmat akademiyası var.

Həmin kateqoriyadan