Vüqar Həşimovun xatirəsinə ənənəvi superturnir nə vaxt başlayacaq?

Mərhum Azərbaycan qrossmeysteri Vüqar Həşimovun xatirəsinə ənənəvi superturnirin keçirilmə vaxtı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “Synergy Group” şirkətinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə 20-30 apreldə yenə Şəmkirdə təşkil olunacaq.

Yarışda bizdən Şəhriyar Məmmədyarov (2772), Teymur Rəcəbovla (2710) yanaşı, Uesli So (2622; ABŞ), Vladimir Kramnik (2811), Sergey Karyakin (2783; hər ikisi – Rusiya), Maykl Adams (2761; İngiltərə), Pentala Harikrişna (2758; Hindistan), Pavel Elyanov (2751: Ukrayna), Podoslav Voytaşek (2745; Polşa) və Veselin Topalov (2741; Bolqarıstan) mübarizə aparacaqlar.

Xatırladaq ki, ötənilki turnirin qalibi Şəhriyar Məmmədyarov olub, 2014-cü və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen (Norveç) qalib gəlib. Turnirin təntənəli açılış mərasimi aprelin 20-də olacaq.

Həmin kateqoriyadan