Vüqar Məmməd: “Bu məğlubiyyətlə bütün imkanlarımızı itirməmişik”

U-19 Avropa çempionatının ilkin seçmə mərhələsində İsrail futbolçuları ilə qarşılaşan millimiz 1:4 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Vüqar Məmməd yenilgini belə şərh edib:

“Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandaları ilə görüşdən də qalib ayrılmışdılar.

Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün imkanlarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər 2 rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq”.

Həmin kateqoriyadan