Vüqar Nadirov: Rauf Əliyevin yenidən yığma çağrıldığına sevindim

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində Norveç və Çex Respublikası komandalarına qarşı heyətlə bağlı fikirini bölüşüb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir mki, o, açıqlamasında bunu söyləyib:

“Bizi 2 çətin matç gözləyir. Amma mən komandamıza inanıram. Fikrimcə, millimiz Norveç və Çex Respublikası ilə görüşlərdə uğur qazana bilər. Rauf Əliyevin yenidən yığma komandaya qayıtmasına çox sevindim.

O, komandaya lazım idi. Əlbəttə, mən də millidə oynamaq istərdim. Amma bunun öncə “Qarabağ”da forma yığmalıyam. Klubda heyətə düşməyə, özümü göstərməyə başlayandan sonra milli barədə düşünmək olar”.

Həmin kateqoriyadan