Vyana “Qarabağ”ı Avstriya liqasında 5-ci sıraya yüksəlib

Avstriyanın Şərq regional liqasının 16-cı turunda azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun oynadığı Vyana “Qarabağ”ı səfərdə “Stadlau” klubu ilə qarşılaşıb.

Qonaqlar bu görüşdə seviniblər (3:2). Hər 2 həmyerlimiz matçda sonadək çıxış ediblər. “Ağ-qırmızılar” 29 xalla 17 komanda arasında 5-ci sıraya yüksəlib.

Həmin kateqoriyadan