Xəlil Mutlu: Azərbaycan Ağıq Atletika Federasiyasının bu çətinliyi uğurla adlayacağına inanıram

“Zirvə” beynəlxalq idman klublarının ənənəvi mükafatlandırmasına qatılan qonaqların sırasında Türkiyənin ağırlıqqaldırma üzrə 3-qat olimpiya, 5-qat dünya və 10-qat Avropa çempionu Xəlil Mutlu da yer alıb. Allsport.az saytı xəbər verir ki, bu gün “AAAF Holdinq”in əsas binasında onun mətbuat konfransı keçirildi. Ünlü idmançı paytaxtımızın günü-gündən gözəlləşdiyini dedi:

“Bakıya ilk dəfə voleybol məşqçisi Faiq Qarayev dəvət etmişdi. O, Türkiyədə çalışdığından, yaxşı münasibətlərimiz yaranmışdı. Son dönəmdə burada daha tez-tez oluram. İldən-ilə inkişaf məni sevindirir. Özəlliklə, yollarınız yaxşıdır. Azərbaycan prezidenti İlham Əliyev əməyi böyükdür. Onun yolunu uğurla davam etdirənlərdən biri Tofiq Heydərovdur. AAAF parkın başqanı
ağırlıqqaldırma və digər idman növlərinin yüksəlişi üçün çalışır. Müxtəlif ölkələrdə onun rəhbərlik etdiyi “Zirvə” klubunun filialları var. Biri də Ankarada yerləşir. Onunla elə orada tanış olmuşam.

Federasiyanın hazırkı siyasəti düzgündür, gənclərə çox diqqət göstərilir. Uğur qoy gec olsun, amma davamlı olsun. Özümdən nümunə gətirirəm. Mən Bolqarıstan türküyəm, orada dünyaya gəlmişəm. 16 yaşımda Türkiyəyə köçdüm. İlk dəfə 21 yaşımda dünya çempionluğuna yetişdim. Məndən erkən nəticə göstərən gənclərin sonrakı uğurları olmadı, hərçənd Xəlil Mutlu qələbələri sıraladı. Dopinqdən qaçmaq olmur. Özüm də burada “ilişmişəm”. Bu, sırf təsadüfi baş verib. Həmin zaman yanımda kimsə olmadı. Azərbaycan Ağıq Atletika Federasiyasının bu çətinliyi uğurla adlayacağına inanıram”.

Həmin kateqoriyadan