YENİLƏNİB
“Xəzər adaları” “Kayrat”a ikinci oyunda da məğlub oldu

Azərbaycanın “Xəzər adaları” klubu bu gün Qazaxıstanın “Kayrat” komandası ilə növbəti yoxlama matçına çıxıb. Allsport.az xəbər verir ki, qarşılaşma Bakı vaxtıyla 15:30-da “Kayrat”ın təlim-məşq bazasında start götürüb.

Qeyd edək ki, bu komandalar arasında ötən gün keçirilmiş ilk oyunda “Xəzər adaları” 3:5 hesabıyla məğlub olmuşdu. Elə bu dəfə də futzalçılarımız meydanı məğlub tərk ediblər. Bu dəfə 2:5 hesablı məğlubiyyət qeydə alınıb. “Xəzər adaları”nın qollarını Şiko və Leo vurub.

Həmin kateqoriyadan