YENİLƏNİB
“Xəzər adaları” “Kayrat”a məğlub oldu

Azərbaycanın “Xəzər adaları” futzal klubu bu gün Qazaxıstanın “Kayrat” klubuyla ilk yoxlama matçına çıxıb.

Allsport.az xəbər verir ki, oyun Almatanın “Baqanaşıl” idman kompleksində baş tutub. Bakı vaxtıyla saat 15:30-da start götürən oyun meydan sahiblərinin 5:3 hesablı qələbəsiylə başa çatıb.

“Xəzər adaları”nın qollarını Sezar (4-cü dəq.), Karlos (31) və Aleşandre (35) vurub.

Həmin kateqoriyadan