“Xəzər-Lənkəran” AzAL-a qarşı

Milli komandaların toplanışı ilə əlaqədar Premyer liqada yaranan fasilədən istifadə edən “Xəzər Lənkəran” hazırlığı davam etdirir. Allsport.az saytı xəbər verir ki, “ağ-yaşıllar” Bakıda gündə iki dəfə olmaqla çalışmaları sürdürür.

Hazırlıqda Adrian Skarlatake, Cahangir Həsənzadə və “ay-ulduzlular”mızın heyətində İtaliya ilə seçmə oyunda zədə alan Ağabala Ramazanov iştirak etmir. Sonuncular yüngül məşqlərlə kifayətlənirlər.

Çalışmalarda əzələ yırtığı zədəsi alan rumıniyalı futbolçu üç həftə futbol oynamayacaq.

Bu arada Oğuz Çətinin komandası hazırlıq çərçivəsində sabahn AzAL-la yoxlama görüşü keçirəcək. Saat 16:00-da start götürəcək matç rəqibin meydanında baş tutacaq.

Həmin kateqoriyadan