“Xəzər Lənkəran” bərpa məşqini Bakıda keçəcək

Dünən ölkə çempionatının 10-cu turunda səfərdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” oyun sonrası bərpa məşqini keçəcək. Allsport.az saytı xəbər verir ki, komanda bu gün paytaxtda köhnə “Neftçi baza” adlanan məkanda saat 11:00-da məşqə çıxacaq.

“Sumqayıt”la oyunda iştirak edən futbolçular qaçışla və yüngül fiziki hərəkətlərlə kifayətlənəcəklər. Həmin matça sonradan, əvəzetmə ilə qoşulan, görüş zamanı ehtiyat oyunçular skamyasında yer alan və matçın protoklunda “18-liy”ə adları daxil olunmayan futbolçular isə hazırlıqda tam olaraq iştirak edəcəklər.

Məşqin ardından günün ikinci yarısında “Emerald” mehmanxanasına dönüb istirahətə çəkiləcək komanda, sabah Bakını tərk edərək doğma şəhərə yollanacaq. Lənkərana çatdıqdan sonra özünün baza-oetlində məskunlaşacaq cənublular qarşıdakı iki gün ərzində  stadionun əsas və yardımçı meydançalarında hazırlaşacaq.

Oktyabrın 31-də fiziki hərəkətlərlə zəngin, toplu-topsuz çalışmalardan ibarət hazırlıq, noyabrın 1-də isə taktiki planda oyunöncəsi son məşq olacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer liqanın 11-ci turunda, noyabrın 2-də doğma divarlar arasında “Simurq” klubunu qonaq edəcək.

Həmin kateqoriyadan