“Xəzər Lənkəran” Bakıda məşq edir

“Xəzər Lənkəran” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacağı “İnter”lə görüşün hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, “ağ-yaşıllar” ötən gün “Dalğa Arena”da məşqə çıхıb.

Bu oyunun hazırlıqları bu gün də davam etdiriləcək.

Qeyd edək ki, “Xəzər Lənkəran” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununu martın 4-də “İnter”ə qarşı keçirəcək. “İnter Arena”da baş tutacaq matç saat 17:00-da başlayacaq.

Həmin kateqoriyadan