YENİLƏNİB
“Xəzər Lənkəran” həvəskar komanda ilə bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununa çıxıb. Allsport.az xəbər verir ki, Elbrus Məmmədovun komandası yerli “Təkirdağspor” klubu ilə qarşılaşıb.

Qeyd edək ki, bu komanda Türkiyənin həvəskarlar liqasında çıxış edir. Amma cənublular sözügedən rəqibə qalib gələ bilməyib. Oyun heç-heçə başa çatıb. “Ağ-yaşıllar”ın qollarını Ağabala Ramanazanovla Rahid Əmirquliyev vurub. Komandanın qapıçısı Vyekoslav Tomiç bir epizodda da komandasını penalti zamanı qoldan xilas edib.

Yoxlama oyunu
10 yanvar

Xəzər Lənkəran – Təkirdağspor – 2:2

Həmin kateqoriyadan