“Xəzər Lənkəran” və “Neftçi”nin yarımmüdafiəçisi hansı problemlə üzləşib?

Syerre Leone millisinin başı dərddədir. Allsport.az saytı xəbər verir ki, “Ebola” virusu bu komandanın Afrika Millətlər Kubokunun seçmə mərhələsinin qalan 2 oyununda meydana çıxmasına əngəl olub.

Seçmə kollektivin köməkçi məşqçisi Sander de Kramerin sözünə görə, Syerre Leone höküməti milliyə maliyyə dəstəyindən müvəffəqi imtina edərək, bütün vəsaiti “Ebola” virusu ilə mübarizəyə sərf etmək qərarına gəlib.

Nəzərinizə çatdıraq ki, “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçi Alfred Sanko və “Neftçi”nin sağ cinah futbolçusu Julius Vobayın yer aldığı Syerre Leone millisi, seçmə mərhələnin 4 turundansonra 1 xalla “D” qrupunun sonuncusudur.

Həmin kateqoriyadan