“Xəzər Lənkəran”ın oyunçusu qaçıb

Topaz Premyer Liqasının 17-ci turunda doğma azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran”da ciddi itkilər var. Allsport.az xəbər verir ki, Oğuz Çətinin komandası bu oyuna Bakıda hazırlaşsa da, sabah Lənkərana yollanacaq.

Çünki sözügedən oyun Lənkəran şəhər stadionunda baş tutacaq. Bu qarşılaşmada Alfred Sanko, Rauf Əliyev və Adrian Skarlatake oynaya bilməyəcək. Buna səbəb onların zədəli olmasıdır. Rasim Ramaldanovla Tural Cəlilovun iştirakı da sual altındadır. Onların da kiçik zədəsi var.

Bu arada cənubluların bolqarıstanlı yarımmüdafiəçisi Qalin İvanov komandanın düşərgəsini tərk edib. Yayılan məlumata görə, futbolçunun belə addım atmasına klubda olan maddi sıxıntı səbəb olub. İvanovun gedişini klubdan da təsdiqləyiblər. İvanov hazırda cənub təmsilçisinin düşərgəsindən ona edilən zənglərə də cavab vermir.

Həmin kateqoriyadan