«Xallı bəbirlər» əzəli rəqibi «Rabitə»yə qalib gəldi

Bu gün qadın voleybolçuların Azərbaycan Super Liqasında 2-ci dövrə başa çatıb. Allsport.az saytı xəbər verir ki, hesabat turunun ilk matçında «Telekom» öz meydanında «Azərreyl»i qəbul edib. Gərgin mübarizədə «dəmiryolçular» 1-ci oyundakı məğlubiyyətin əvəzini çıxıblar – 3:2 (25:20, 19:25, 22:25, 25:18, 15:11).

Digər matç Voleybol Mərkəzində baş tutub. Prinsipal görüşdə flaqman «Azəryol» son illərin dəyişməz çempionu «Rabitə» klubunu qonaq edib. Axır zamanlar yaxşı təsir bağışlamayan «sarı-qırmızılar» iddialı rəqibinin təzyiqinə davam gətirməyib. Matç «xallı bəbirlər»in 3:1 hesablı qələbəsi ilə bitib (25:23, 20:25, 25:21, 25:22).

Həmin kateqoriyadan