“Xalq komandası” qalib gəldi, Ayaz Quliyev 89-cu dəqiqədə əvəzləndi

Rusiya premyer-liqasının 27-ci turunda azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı səfərdə “Ural”ı 1:0 yenib.

Allsport.az saytı xəbər verir ki, həmvətənimiz start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. O, 64-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

“Xalq komandası” 43 xalla 5-ci yerdədir.

Həmin kateqoriyadan