Xanım Balacayevanın qızıl, Teymur Rəcəbovla Rauf Məmmədovun ilk olimpiya medalları

Batumidə Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki,  kişi və qadınlardan ibarət Azərbaycan millisi mükafatçılar sırasında yer almasa da, 3 təmsilçimiz öz lövhəsində şəxsi göstəricidə fərqləniblər.

Komandada 2-ci lövhədə çıxış edən Teymur Rəcəbov və 4-cü taxtada mübarizə aparan Rauf Məmmədov bürünc medal qazanıb. Qadınlardan ibarət yığmada 3-cü lövhədə Xanım Balacayeva ən yüksək nəticəylə qızıl medal əldə edib.

Həmin kateqoriyadan