Xasavyurdda 15 sərbəst güləşçimizdən 2 medal

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə qitələrarası kubokda millimiz 2 medal qazanıb.

Allsport.az saytı xəbər verir ki, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi ilə 15 heyət üzvündən 70 kq-da yarımfinalda Gitinoməhəmməd Hacıyevə qalib gələn Ağahüseyn Mustafayev finala yüksəlib. Ancaq son görüşdə uduzan həmyerlimiz gümüş medalla kifayətlənib.

2-ci dərəcəli beynəlxalq hakimlər Elman İsmayılov, Vüqar Şükürov, Vaqif Zeynallı və Kamran Əliyev və 3-cü kateqoriyalı beynəlxalq referi  Allahverdiyev turnirdə ədaləti qoruyublar.

Həmin kateqoriyadan