Xayme Romero 2-həftəlik sıradan çıxıb

Premyer liqanın 5-ci turunda “Zirə” ilə oyunda zədələnən Xayme Romero tibbi müayinədən keçib. 

Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın futbolçusu çiyin bağlarından biri qırılıb, digəri isə zədələnib. 

İspaniyalı yarımmüdafiəçinin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. O, tibbi yoxlanış üçün İspaniyaya yollanacaq.

Həmin kateqoriyadan